Laçında yaralanan əsgərimiz də həlak olub...

    Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev müxtəlif bədən xəsarətləri almışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  Qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.


Tarix: 5-08-2022, 15:14 Oxunub: 240


Bölməyə aid digər xəbərlər