Ronaldu İtaliyaya köməyə gələn kubalı tibb işçilərinə hədiyyə göndərib - FOTO

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu COVID-19-la mübarizə məqsədilə İtaliyaya yardıma gələn kubalı həkimlərə imzalı formalarını göndərib.
REN TV xəbər verir ki, bu barədə Kubanın İtaliyadakı səfiri Xose Karlos Luis “Twitter”də məlumat paylaşıb.
Tibb işçiləri futbolçunun nömrəsi olan formaları məmnuniyyətlə qəbul ediblər.
Qeyd edək ki, iyulun 13-də bir qrup kubalı səhiyyə işçisi koronavirusla mübarizə məqsədilə italiyalı həmkarlarına köməyə gəliblər.


Tarix: 15-07-2020, 10:48 Oxunub: 167


Bölməyə aid digər xəbərlər