Masazır 4 saylı uşaq baxçasında ağlayan uşaqlar döyülür...

Masazır 4 saylı uşaq baxçasında xoşagəlməz hadisə qeydə alınıb.
ATİA.AZ xəbər verir ki , baxçada uşaqlar şiddətə məruz qalır. Belə hadisə ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Aydın məsələdir ki, azyaşlı uşaq anasına bağlıdır və ana üçün daha çox sızıldayar. Lakin ana uşağı baxçaya təhvil verdikdən sonra, uşaq yenidən ağlayacaqsa tərbiyəçi tərəfindən döyülür. Məlumatı dəqiqləşdirmək üçün həmən baxçaya üz tutduq. Baxçanın müdirəsi ilə görüş zamanı xoşagəlməz hadisəni diqqətinə çatdırdıq. Əfsüslər olsun ki, xanım müdirə bütün iradları haqsız adlandırdı. Lakin uşağın valideyni ilə əlaqə saxlayanda xahiş etdik ki, telefonu uşağa ötürsün:


-Səni baxçada kim döyürdü?

cavab:- Müəllimə

-Müəllimə səni necə döyürdü?

cavab: - üzümə vururdu

Budur uşağa qarşı ədalətsizlik!!!
 Kim onlara şərait yaradıb ki, uçağa psixoloji təsir göstərsinlər, ona işgəncə versinlər?

Aydın məsələdir ki, uşaq heç bir zaman yalan danışmaz.

Adı hallanan uşaq baxçasında müdirənin özünəməxsüs qanunlarını nəzərə alsaq, deyə bilərik ki, Masazır 4 saylı uşaq baxçası şəxsi obyekt kimi istifadəyə verilib. Güya, Qarabağ qazilərinin və şəhid ailələrinin övladları təmənnasız baxçaya götürülür, onlar geyimlə təmin olunur. Əslində, Masazır 4 saylı uşaq baxçasının ciddi yoxlamalara ehtiycı var. Baş verən hadisə ilə bağlı rayon rəhbərliyinə, prokurorluğuna və digər qurumlara rəsmi məktub ünvanlıanacaq.

Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

DOSYE.ORG 

Tarix: 12-03-2022, 15:26 Oxunub: 1 680


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...