Ukrayna ordusu Qostomeli geri aldı - Rusiyanın onlarla hərbçisi həlak oldu



Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

ATİA.AZ  xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.


Tarix: 5-03-2022, 09:30 Oxunub: 295


Bölməyə aid digər xəbərlər