“Vaxtilə yol qırağındakı kafelərdə oxuyan müğənnilər efirə çıxıb tərbiyədən danışır...”

“Mən daim falçıların, özünü imam, peyğəmbər kimi təqdim edən şəxslərin əleyhinə mübarizə aparmışam. Bütün bunların səbəbi maarifləndirmə işinin ləng getməsidir. 1991-ci ildən efirdəyəm müxtəlif kanallarda verilişlərim olub. Amma 2014-cü ildə bir şou verilişə çıxdım orda bir falçını zərərsizləşdirdim. Bir dəfə “Çal-çağır” verilişinə çıxdım və bütün qohum-əqrabalarım zəng vurub dedi ki, səni nəhayət ki, televiziyada gördük. Hansı ki, deyirəm 1991-ci ildən efirdəyəm”

Bunu  astroloq, tədqiqatçı jurnalist Səbuhi Rəhimli deyib. Astroluqun sözlərinə bütün bunların səbəbi efirlərimizdə aparılan savadsız təbliğatdır:

“Yəni belə məlum olur ki, insanlar ancaq şou verilişlərə baxırlar. İnsanların mövqeyini, zövqünü ancaq o istiqamətlərə yönəldiblər. Qalmaqal olmasa, alınmır. Məsələn, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, falçılıq qəti qadağandır. Mən də deyirəm ki, İçərişəhərdə nə qədər falçı var, hamısının ünvanını bilirəm, deyim gedin zərərsizləşdirin. Buna reaksiya belə yoxdur. Mənə sonra dedilər ki, Bayram Nurluyla efirə çıxım və mən istəmədim. Çünki mən ibadət əhliyəm, Qarabağ qazisiyəm. Mənə deyirlər ki, onun arxasında çox güclü adamlar durub.

Özüm neçə dəfə televiziyaya layihə vermişəm qəbul etməyiblər, deyiblər ki, şou, qalmaqal olsun. Cəmiyyətdə müxtəlif əxlaqsız, din, ziyalı, siyasi qapılar var. Amma bizdə bütün qapıları bağlayıblar və təkcə əxlaqsızlıq, falçı qapısı açıqdır. Müğənnilərimiz əhalidən o qədər pul qazanmır, ancaq onlara sponsorluq edənlər pul verir deyə xalqı saymırlar. Bu gün vaxtilə yol qırağındakı kafelərdə oxuyan müğənnilər efirə çıxıb təbiyədən, ədəbsiz ədəbdən danışır.

Belə adamlar zaman-zaman çox olub. 1990-cı ilin əvvəllərində daha çox idi. Biri deyirdi İsa Peyğəmbərəm, digəri deyirdi xilaskaram və sair. Amma insanlarımız yenə də bu cür saxtakarlara inanırlar. Bu gün vaxtilə yol qırağındakı kafelərdə oxuyan müğənnilər efirə çıxıb təbiyədən, ədəbsizlər isə ədəbdən danışır”.

Qeyd edək ki, Bakıda özünü İmam Mehdi kimi təqdim edən və insanları aldadıb pulunu mənimsəyən Babayev Aqil Zalış oğlu həbs edilib.
 

Moderator.az


Tarix: 24-08-2021, 21:19 Oxunub: 256


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı