İllərdi müalicə almağına baxmayaraq təssüflər olsun ki, aldığı müalicənin Qazimizə bir balaca köməyi olsa da hal-hazırda ürək catışmamazlığından cox əziyyət çəkir.
25.04.2021 ci-il tarixdə səhər tezdən agır vəziyyətdə Qazax Rayon Müalicə Diaqnostika Xəstəxanasına yerləşdirilib. Həkimlərin köməyi nəticəsində Qazimizin yaşaması üçün əllərindən gələn köməkliyi edib yenidən həyata qaytarıblar.
Həkimlərin dediyinə görə Qazimiz təcili olaraq ürək əməliyyatı olunmalıdır və ona yeni ürək köçürülməsi lazımdır.
Bu əməliyyat üçün xeyli sayda vəsait lazım olduğu bildirilsə də, Qazimizin maddi durumu buna imkanı vermir. Bu gün öz döyüş yoldaşlarını ziyarətə gələn Qazax rayon Qarabag Əlillərinə Qayğı İctimai Birliyinin üzvləri, başda Əli Qaragözov olmaqla xəstənin vəziyyəti ilə maraqlanmış, həkimlərlə görüşüb söhbət ediblər və müalicənin rayon səviyyəsində mümkün olmadığına görə Möhtərəm Prezidentimiz, hörmətli İlham Əliyev Cənablarına saytımız vasitəsi ilə müraciət edərək Qazimizin müalicəsini nəzarətə götürməsini və bu barədə aidiyyatı Qurumlara tapşırıq verməsini xahiş ediblər.
Qeyd edək ki, Qazimiz Qurbanov Mahmud Məqsəd oqlu ailəlidir, iki oğul övladı var. Onu da bildiririk ki, Mahmudun qardası - Qurbanov Qosqar Məqsəd oglu da 1992 - 1993 cü illərdə Qarabağ uğrunda gedən birinci Vətən müharibəsi zamanı gedən döyüşlərdə qəhrəmancasına vuruşub və ŞƏHİDLİK zirvəsinə ucalıb.
İnanırıq ki, həmişə olduğu kimi bu dəfə də Ali Baş Komandanımız qəhrəman Qazimizin sağlamlığa qovuşması üçün lazımi göstərişlərini verəcəkdir.
Bölməyə aid digər xəbərlər