Gəncədə İcra başçısının 1-ci müavini Səməd Tomuyevlə bağlı vəzifədən sui-istifadə etməsilə bağlı iddia irəli sürülüb.
ATİA.AZ xəbər verir ki , bu barədə şikayətçi, Gəncə şəhərində yerləşən 48 nömrəli "Körpələr Evi Uşaq Bağçası”nın sabiq müdirəsi İlahə Əliyevanın həyat yoldaşı Rəşad Əliyev Kanal24 İnternet Televiziyasına açıqlama verib.
Şikayətçi iddia edir ki, S.Tomuyev bağça müdirəsindən öz ərizəsi ilə işdən çıxarmağı tələb edib.
"S.Tomiyev yoldaşımı 4 saat müddətində qəbul otağında saxlayıb, təzyiqlərə məruz qoyub və öz ərizəsi ilə işdən çıxarılmasına nail olub. Hələ bu azmış kimi, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış bölməsinin əməkdaşları məni 6 saat idarədə saxlayaraq, təzyiqlər edib, telefonumu zorla əlimdən alıblar. Telefonuma müdaxilə edərək, yaddaşındakı məlumatları və feyzbuk səhifəmdəki statuslarımı siliblər” -, deyə o, bildirib.
Şikayətçi bununla bağlı prezidentə, baş prokurora və icra başçısı Niyazi Bayramova videomüraciət ünvanlayıb.
Sözügedən videomüraciəti təqdim edirik:
Bölməyə aid digər xəbərlər