13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
"Yerinizdə deyilsiz, cənab məmurlar! Bacarmırsınız! Layiq deyilsiniz!"

Səməd Vurğunun  bir poemasında Bakının adı çəkilən bu misralar müasir dövrdə Gəncənin indiki vəziyyətini xarakterizə edən ən real və ən yığcam ifadə sayıla bilər. Çünki Gəncə doğrudan da problemlər içində üzür, hətta, bəzən üzə də bilmir, sözün həqiqi mənasında boğulur.
İşsizlik məsələsinə toxunmuram. Bunu qoyduq bir kənara.
Şəhərin hazırda ən aktual problemlərindən biri yol problemidir.
Düzdür, “Yol mədəniyyətdir” deyilir. Amma, yağış yağanda biz bu mədəniyyətsizlikdən utanırıq.
Şəhərin yollarına baxanda lap adamın ürəyi sıxılır. Kələ-kötür, qazıq-qazıq, palçıqlı yollar əməllicə dönüb kənd yollarına. Yol çəkirlər, sonra yollar çökür. Bir dəfə tikirlər, iki dəfə sökürlər. Sonra birdə gördün yenə yol çökdü.
Mən demirəm ki, şəhərin bütün yollarını söküb təzədən qurmaq lazımdır, sadəcə bu işlə məşğul olanlar məsuliyyətlərini dərk etməlidirlər. Lakin özümüz deyib-özümüz eşidirik, bir çarə qılan olmur.
Hələ Gəncənin qaranlıq küçələrini demirəm. Rəhmətlik aktyorumuz Elçin Həmidov demişkən, “Şəhərin balaca küçələrində balaca adamlar yaşadığı üçün həmin küçələr qaranlıq olur”. Doğrudan da, biabırçılıqdır!
Ümumiyyətlə, Gəncənin sosial problemlərini saymaqla bitməz! Şəhərin kommunal, ictimai nəqliyyat infrastrukturunda, şəhər təsərrüfatı sahəsində problemlər illərdir qalmaqdadır.
Qısası, Gəncədəki vəziyyəti görmək üçün gərək işində məsuliyyətli olasan.
Eh, Qədim Gəncə, ordan-burdan gəlmə məmurlardan sənə yar olmadı. Səni yaşatmaqdan, səni qocalmamış öldürdülər.
Zamanında hər şeyə reaksiya verən Gəncə ziyalıları da sanki, bu gün passivləşib.
Bir də onu görəcəyik ki, lələ köçüb, yurdu qalıb!
P.S. Bu vəziyyətin isə yalnız bir adı var - Yerinizdə deyilsiz, cənab məmurlar!
Bacarmırsız! Layiq deyilsiniz! Nə işləməyə, nədəki işinizin başında durmağa! 
Vüqar Həsənbəyli


Tarix: 27-03-2021, 11:10 Oxunub: 445


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?