13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
QAZAĞIN DAŞ SALAHLI kəndində ANALOQU olmayan RABİTƏ XİDMƏTİ...

Gördüyünüz bu biabırçı görüntülər Qazax Rayonunun Daş Salahlı kəndi,  Hümbət Yusubov  kücəsində lentə alınıb. 
Uzun  illərdi telefon və internet xətləri bu kol-kosun icindən kecir.  Bir balaca külək olan kimi  telefonda və internetdə problemlər yaşanır.
Bu barədə aidiyyati qurumlara xəbər verilsə də  təssüflər hissi ilə qeyd  edək ki, bu günə qədər nə gəlib baxan var, nədə problemi həll edən.
Kəndin "rəhbər işçiləri" öz aralarında ötür-ötür oyunu oynayaraq burada yaşayan sakinlərin əsəbləri ilə oynayırlar. Mən hələ də  başa düşə bilmirəm ki, biz hər bir problem haqqında  Cənab Prezidentəmi şikayət etməliyik ? Bəs bu yerlərdəki məmurlar Prezidentin səlahiyyətli nümayəndələri deyilmi?
 Etdiyimiz şikayətlər niyə vaxtında həll olunmur? Yerli məmurlarımız möhtərəm Prezidentimizin "Dəmir yumruq ancaq ermənilər üçün deyil..." notasının onlara da aid olduğunu hələ dərk etmirlərmi?

Elnur Quliyev, ATİA.AZ


Tarix: 12-02-2021, 10:25 Oxunub: 789


Bölməyə aid digər xəbərlər