13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
“Qiymət artımı qaçılmazdır...” – Su tariflərinin artırılması daha nələri bahalaşdıracaq?

"Benzinin qiymətindəki artım hansısa təbəqəyə təsir etməyə bilər, amma suyun bahalaşması bütün təbəqələrə təsir edəcək, qiymət artımı qaçılmazdır" - bunu  iqtisadçı ekspert Qadir İbrahimli su tariflərinin artırılması ilə bağlı danışarkən bildirib.
Ekspert bəzi sahələrdə xüsusilə bahalaşmanın olacağını qeyd edib:
"Xidmət, ictimai iaşə sektorunda qiymətlər bahalaşacaq. Çünki onların əsas maya dəyərini təşkil edən elementlərdən biri sudur. Xidmət sektoru dedikdə kafe-restoran biznesini, turizm sahəsini nümunə gətirmək olar. Eyni zamanda bahalaşma bəzi məhsullarda da özünü göstərəcək. Çünki əksər məhsulların maya dəyərində suyun da çəkisi var və bu da öz təsirini bahalaşma ilə göstərəcək. Deməzdim ki, qiymətlər fantastik dərəcədə olacaq, amma istənilən halda bahalaşmanı hiss edəcəyik.
Bundan başqa kənd təsərrüfatı mallarının da qiyməti qalxacaq. Çünki suvarma qiymətləri yüksələcək. Bu baxımdan bahalaşma bütün seqmentləri əhatə edəcək".

                                                                         Əzizə Zeynal


Tarix: 1-02-2021, 17:48 Oxunub: 303


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı