İmişlidə Qarabağ veteranına olunan zülüm

Sosial şəbəkələrə ümid bəsləyib Saytlara müraciət edən Qarabağ veteranı Balakişiyev Fərahim Mətləb oğlu, bildirib ki, 2018-ci ildən 2020-ci ilə qədər İmişli rayon Xəlifəli kənd uşaq bağçasında gözətçi işləyib, amma necə olubsa, günlərin bir günü uşaq bağçasının müdiri  İmanova Gülsüm tərəfindən işdən çıxarılıb, özüdə pandemiyanin tüğyan etdiyi bir dönəmdə.

Səbəb isə bir vaxtlar işində ciddi nöqsanlara yol verdiyi üçün işdən çıxardığı gözətçinin iki ildən sonra hansısa yolla məhkəmədə bəraət alaraq işinə geri dönməsini  göstərib.

 Balakişiyev Fərahim  Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin   Qarabağ veteranlarına diqqət və qayğı göstərdiyi halda bağça müdirinin bu addımını başa düşmədiyini deyib, axı necə ola bilər birinci və ikinci Qarabağ müharibəsində canlarını,  qanlarını əsirgəməyən veteranlara ölkə rəhbərliyinin tapşırıqlarına əsasən diqqət və qayğının vacib olması göstərilsədə, amma nə İmişli rayonu Xəlfəli kənd icra nümayəndəliyi, nədəki Xəlfəli kənd uşaq bağçasının müdiri İmanova Gülsüm bu göstərişləri görməzdən gəlir. Halbuki adı çəkilən baxçada baxça müdirəsinin həyat yoldaşı  İmanov İsrail, kənd icra nümayəndəliyinin mühasibi Mikayılov ibrahimin  bütün qohum əqrəbası işləyə bilər,  bir mən - Qarabağ veteranıni işləyə bilmərəm. Qarabağ veteranı Fərahim Balakişiyev əlavə olaraq qeyd etdi ki, Xəlfəli kənd icra nümayəndəliyinə bu məsələ ilə bağlı müraciət etsə də , "get işinlə məşğul ol, nə veteran - veteran salmısan, əlin hara hündürdür ged ora qoy, biz sənə kömək edən deyilik" deyib. Bildiyiniz kimi müharibə iştirakçısı olduğum üçün 80 manat müavinət alıram bu qədər pulla necə dolanacaqam bilmirəm.

Burdan Azerbaycan respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm mənim səsimə səs versin, məsələ ilə bağlı aidiyyatı qurumlara,  İmisli rayon icra hakimiyyətinə lazımi göstəriş versin ki, bu məsələ araşdırılsın və öz hüquqi həllini tapsın.


Tarix: 3-01-2021, 15:17 Oxunub: 380


Bölməyə aid digər xəbərlər