Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi vəzifə sahibidi.
Bu şəxs kimdir? Bu şəxs, sadə vətəndaşların sirdaşı, dostu sadə azərbaycanlı “Ismayıllı Tikinti 27” ASC-nin direktoru Azad Əliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən sahibkardır sahibidir Azad müəllim.
Azad müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İsmayıllı Tikinti 27 ASC—nin direktoru Azad müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
İsmayıllı Tikinti 27 ASC-nin direktoru Azad Əliyev qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda Ölkəmizin bütün regionlarında, o cümlədən İsmayıllı rayonunda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.
Azad müəllim doğma eli, vətəni yolunda bütöv bir ömür həsr edərək, bu günə qədər halal zəhmətlə çalışmışdır. Onun üçün bu xalqın, bu elin rifahı hər şeydən önəmlidir və bu yolda yorulmadan, əzmlə çalışmaqda davam edir.
Azad müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.
Bu şərəfli yolda Azad müəllimə uğurlar arzulayırıq.
Bölməyə aid digər xəbərlər