12:34 / 31-05-2024
İsmayıllıda bıçaqlanma
12:06 / 31-05-2024
50 il sonra eyni sinifdə...
12:04 / 31-05-2024
Telefonumuz dinlənilir?
Yanğınsöndürənləri gözləməyən onlarla hotel işçisi xəstəxanalıq oldu - FOTO

Türkiyənin turizm şəhəri Bodrumda yanğını söndürməyə çalışan 15 hotel işçisi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
“HaberGlobal” məlumat verir ki, əsən güclü külək elektrik xətlərini yerindən qoparıb, nəticədə, hotel ərazisindəki ağaclar və kotteclərin üzərinə düşən xətlər ərazidə güclü yanğına səbəb olub.
Yanğınsöndürən briqadaların əraziyə gəlməsini gözləməyən hotel işçiləri alovu söndürməyə çalışıblar. Bu zaman yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən əməkdaşlardan 15 nəfəri xəsarət alıb.


Tarix: 22-07-2020, 11:09 Oxunub: 149


Bölməyə aid digər xəbərlər