13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Nikol özünü qorumağa çalışır, Putin isə istəmir

Paşinyan hazırda siyasi mövcudluğunu qoruyub saxlaya bilmək üçün əlləşir.
Bu sözləri QanunXəbər.com-a ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Paşinyanın hazırki siyasi vəziyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndə Ermənistanı ABŞ-a və Qərbə yaxınlaşdırmaq, Rusiyadan uzaqlaşdırmaq istəyirdi:
“Buna uyğun olaraq, 2018-ci ilin sonlarında Düşənbədə Prezident Əliyevlə görüşdükdən sonra münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini açıqladı. Bu sözügüdən sülh isə baza prinsiplərinə əsaslanmalı idi. Düşənbə görüşü zamanı Paşinyan əhalini sülhə hazırlamaqdan danışırdı. Lakin sonradan Baş nazir köhnə sistemdən gələn daxili maraqlardan – ona qarşı çıxan siyasətçilərdən, heç bir dəyişiklik istəməyən iş adamlarından, son dərəcə korrupsioner sistemdən, Moskvadakı erməni oliqarxlarından və Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəməyən yerli oliqarxlar tərəfindən çox böyük təzyiqlərə məruz qaldı. Çünki bu münaqişədən qazanan tərəflər onlardır: Dağlıq Qarabağ və ətraf 7 rayonda qaçaqmal və korrupsiyanın içində olan bir iqtisadiyyat hökm sürür”.
Brayza Ermənistanın baş nazirinin böyük təzyiqlərə boyun əyməkdən başqa çarəsi olmadığını deyib:
“Nikol Ermənistanı sələfi Serj Sərkisyanın 2009-cu ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas götürülən baza prinsiplərindən və ya onların qəbulundan uzaqlaşdırmağa çalışdı. Başqa sözlə, Paşinyan bəlkə də ABŞ və Qərbə daha yaxın olmaq istəyirdi, lakin daha sonra Rusiyaya tərəf getmək məcburiyyətində qaldı. İndi rəsmi Vaşinqton bu kimi detalları anlamır. Görünən budur ki, Vaşinqton Paşinyanı bu əsas prinsipləri təkrar qəbul etməyə məcbur edir. Və bu, çox yaxşıdır.
Düşünürəm ki, Paşinyan hazırda siyasi mövcudluğunu qoruyub saxlaya bilmək üçün əlləşir, lakin Rusiya Prezidenti Vladmir Putin bunu istəmir. Çünki Paşinyan Minsk Qrupunun danışıqlarını pozdu, Rusiya isə Minsk Qrupunun əsas üzvüdür”.





Tarix: 30-10-2020, 09:25 Oxunub: 199


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı