Bayramda atasını ziyarətə getdi, bıçağı ürəyinə sancdı

   Rusiyanın Volqoqrad vilayətində kişi bayram şənliyi zamanı atasını öldürüb. Hadisə Voljski şəhərində baş verib. 36 yaşlı kişi həftə sonu Vətənin Müdafiəçisi Günündə valideynlərinə baş çəkməyə gəlib. Ata və oğul içki içərkən aralarında mübahisə yaranıb. Münaqişə zamanı oğul 58 yaşlı atasının döş qəfəsindən bir dəfə bıçaqlayıb. Zərərçəkən hadisə yerində ölüb.
    Təcili yardım xidmətindəki mənbənin sözlərinə görə, hadisə şahidləri tərəfindən təcili yardım və polis çağırılıb. Həkimlərin dediyinə görə, kişinin ölümü ani olub - oğul atasını birbaşa ürəyindən bıçaqlayıb. Valideynini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb, qətllə bağlı cinayət işi açılıb.

Tarix: 24-02-2024, 22:42 Oxunub: 60


Bölməyə aid digər xəbərlər