12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar yeniyetmələr arasında şahmat turniri keçirildi

      10-16 may 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax –           Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərənUşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat üzrə rayon turniri keçirildi. İsveçrə sistemi  üzrə keçirilən,   4 yaş qrupu  üzrə 150 nəfərdən artıq yeniyetmənin iştirak etdiyi turnirə may ayının 17-də yekun vuruldu və qaliblər mükafatlandırıldı. 
Tədbirin əvvəlində iştirakçılar müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin büstünü   ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər və Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiridilər. 
Tədbiri Qazax- Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov açaraq tədbirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat verdi. 
    YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da geniş bəhs etdi.
    Rayon təşkilatının sədri Azərbaycanda zəngin tarixə malik olan şahmat idman növünün ötən əsrin 70-ci illərindən üzü bəri inkişaf etdiyini, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi bu idman növünə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq qeyd etdi ki, Ulu Öndər daim gənc şahmatçılara xüsusi diqqət yetirmiş, şahmatçılarımızı qəbul edərək onların inkişafı üçün mühüm tapşırıqlarını vermiş və bu sahəni həmişə diqqət mərkəzində saxlamışdır. İndi həmin uşaqlar dünyanın sayılıb - seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilib. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illər ərzində şahmatın inkişafını daim diqqət mərkəzində saxlaması, Azərbaycanın hər yerində şahmat məktəblərinin açılmasında, yeni - yeni istedadların aşkara çıxarılmasında və onların müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələrində mühüm rol oynayıb. Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri bir çox beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbrikləri qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə qaldırılır, dövlət himnimiz səsləndirilir. Sevindirici haldır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, onun sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi məhz, bu idman növünün inkifaşının yeni mərhələsi oldu. 
Sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev qalibləri, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirdi.
    Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri  tutan şahmatçılara diplomlar təqdim edildi. 


Tarix: 17-05-2023, 16:42 Oxunub: 281


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı