Bakıda avtoyuma məntəqəsində BMW markalı avtomobildən pul oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş Fəzail Quliyev işlədiyi "moyka”da müştəriyə məxsus BMW markalı avtomobilin salonunu təmizləyən zaman saxlancda içərisində 65.338 manat olan pul kisəsini görüb. Fəzail pul paçkalarının üzərindən 2700 dollar və 3200 manat götürüb, qalan vəsaiti yerində saxlayıb.
O, oğurladığı pulları sayıb cibinə qoyaraq, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə gedib. Orada yerləşən adını xatırlamadığı kafelərdən birində yemək yeyib, spirli içki qəbul edib və həmin puldan 200-300 manat hesab ödəyib.
Daha sonra isə yaxınlıqda fahişəliklə məşğul olan qadınlardan biri ilə razılaşaraq, "Vulkan" otelə gedib. O, oğurladığı puldan 50 manat otelə ödəyib, qadına isə onunla gecələməsi üçün 500 dollar verib.
Oteldə xərclədiyi pulun məbləğini xatırlamasa da, səhər saatlarında oranı tərk edən zaman üzərində 900 dollar və 900 manat qalıb.
Yenidən 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kafeyə yollanaraq, orda qadın ofsiantlarla yemək yeyib, spirli içkilər qəbul edib və 300-400 manat pul xərcləyib. Daha sonra yaxınlıqda dayanmış başqa bir qadınla razılaşaraq, yenidən "Vulkan" otelə gedib. Bu dəfə də otelə 50 manat ödəyib, qadına isə 400 dollar verib, oteldə spirtli içki qəbul edib.
Axşam saatlarında isə oteli tərk edərək çalışdığı avtoyuma məntəqəsinə yollanan Fəzail orada polislər tərəfindən saxlanılıb.
Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Bakı şəhəri, Yasamal rayonu, MİDA Yaşayış Kompleksindəki mənzilinin 12 sentyabr 2022-ci il tarixdə 65.338 manata satıb. Həmin pulu avtomobilinə qoyaraq, "moyka”ya gedib və nəticədə sözügedən hadisə baş verib.
Yasamal rayon Məhkəməsinin qərarı ilə Fəzail Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bölməyə aid digər xəbərlər