13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
Azərbaycan tarixində BAŞ ƏYMƏYƏN kişilər olub...

Azərbaycanda belə kişilər olub...
Deməli, Brejnevə 3-cü dəfə Sovet Ittifaqı Qəhrəmanı adı veriləndə Ziya Bünyadov evə gəlir və həyat yoldaşına deyir: 
"Bu indi yuxarıda oturub deyə, qarnını ulduzla bəzəməlidi? Kojedub 62, Pokrışkin 59 düşmən təyyarəsi vurub. Ona görə 3 dəfə bu adı alıblar. Brejnevin 3-cü təltifi bizim üçün təhqirdi. Moskvaya ETİRAZ MƏKTUBU göndərdim".
Tahirə xanım dəhşətə gəlir və dərhal poçta qaçır ki, məktubun göndərilməsinə mane olsun. Ancaq artıq gec idi... Mərkəzi Komitədən tökülüb gəlirlər və dəyərli akademik onların da abırını ətəyinə büküb qaytarır Moskvaya, heç nə də edə bilmirlər.
Azərbaycan tarixində BAŞ ƏYMƏYƏN kişilərin ön cərgəsində olub Ziya Bünyadov! 
“Qurani-Kərim”in tərcüməsinə görə cəmi "4 Şirvan" qonorar alan, Yulian Semyonovun atası vətən xainidi deyə universitetdən qovulmasına imkan verməyən, Saxarovu, Balayanı, saxtakar erməni tarixçilərini tutarlı faktlarla darmadağın edən, Vətən qarşısında xidmətləri heç bir ölçüyə gəlməyən BÖYÜK AZƏRBAYCANLInı dərin ehtiramla anır, Tanrıdan rəhmət diləyirik...

AYDIN ADIGÖZƏLLİ,
ATİA.AZ saytının baş redaktoru

Tarix: 6-05-2022, 18:17 Oxunub: 747


Bölməyə aid digər xəbərlər