Təxminən 2 il öncə sosial şəbəkədə məktəblərdən birində valideynlə direktorun əlbəyaxa davası olan video yayılmışdı. Bundan uzun zaman ötsə də xanım direktor haqqında heç bir tədbir görülməyib və hal hazırda məktəbdə fəaliyyətini davam etdirir.
Araşdırmalar nəticəsində həmin məktəbin Gəncə şəhərində yerləşən "10" nömrəli məktəb olduğu müəyyən olunub. Həmin vaxtlar Təhsil Nazirliyinin açıqlamasında bildirilib ki, məsələ araşdırılır və həmin mühitin məktəb və ya klub olması bəlli deyil.
Videoda bir-birinin saçını yolan qadınların hansı səbəbdən dava etməsi məlum deyil. Əldə etdiyimiz məlumata görə, qadınlardan biri həmin məktəbin direktoru Arzu Əliyevadır. Onun haqqında internet resurslarında kifayət qədər neqativ informasiyalara rast gəlinir. Məktəb direktorunun hətta öz katibəsi Təhminə xanımla da əlbəyaxa olması barədə ötən il məlumat yayılıb.
Arzu Əliyeva ilə bağlı xəbərlər bununla da bitmir. Bir müddət əvvəl onun adı rüşvət qalmaqalında çəkilib və işçiləri pul müqabilində işə götürdüyü iddia edilib. Direktor isə mediaya açıqlamasında bu ittihamları rədd edib.
A.Əliyeva ilə bağlı daha bir maraqlı fakt isə onun Samux rayon icra başçısının təsərrüfat məsələləri üzrə müavini Qəzənfər Əliyevin həyat yoldaşı olmasıdır.
Araşdırma zamanı məlum olub ki, sözügedən videoda (Şəkillər məktəbin səhifəsindən götürülüb.) görüntülənən məkan elə Gəncə şəhərində yerləşən "10" nömrəli məktəbdir. Əxlaq normalarını kobud şəkildə pozan, müəllim adına ləkə olan bu direktoru kimlər himayə edir? Nə üçün hələ də o vəzifə başındadır? Ümüdvarıq ki, aidiyyatı orqanlar bu direktor haqqında lazımı tədbir görəcək.
Sözügedən videonu təqdim edirik:
AMİA.AZ
Bölməyə aid digər xəbərlər