12:32 / 27-04-2024
FHN Masallıda tədbir keçirdi
12:30 / 27-04-2024
Bazar günü 32° isti olacaq
Yeni qaydalardan sonra taksilər belə görünəcək

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti bu gün “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Qərarda taksilərə dair tələblər müəyyənləşib.
    Qərara əsasən, taksi minik avtomobilinin fərqləndirici nişanı və taksi fənəri olmalıdır. Sənəddə taksilərin xarici görünüşünə dair foto da yerləşdirilib.
Taksi minik avtomobilində istifadə olunan məlumat lövhəsi isə aşağıdakı kimi olacaq:
Müntəzəm sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi olmalıdır. Məlumata görə, agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:
- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;
- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.


Tarix: 28-03-2024, 16:34 Oxunub: 33


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı