11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Murğuz Alıyev: "Doğma Qarabağımızın hava qapısı - Füzuli..."

     29 il bundan əvvəl 1993-cü il avqustun 23-də Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonu mənfur Ermənistan işğalçıları tərəfindən işğal edilmişdir. Rayonun işğalı nəticəsində günahsız insanlar həlak olmuş, şəxsi və dövlət mülkiyyətləri, tarix və  mədəniyyət abidələri vəhşicəsinə dağıdılmışdır. Rayonun dinc sakinləri öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışdılar.
    Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında  1994-cü ilin yanvar ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanıldı, işğaldan azad edilmiş ərazilərdə həyat yenidən öz axarına düşdü. Amma, rayon mərkəzi və 60 kənd isə 27 ildən artıq bir müddətdə erməni silahlı birləşmələrinin işğalı altında qaldı. Bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilirdilər və görürdülər ki, 20 faiz Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Hətta bir çox ölkələr bu tarixi ədalətsizliyi görmək istəmir, haqsızlığa, işğala göz yumurdular. Sülhsevər Azərbaycan isə 30 ilə yaxın müddətdə münaqişənin siyasi yolla, danışıqlar yolu ilə həllinə çalışırdı. Məkrli, xain, işğalçı Ermənistan isə məsələnin sülh yolu ilə həllini bilərəkdən ləngidirdi. Xalqımız torpaqlarının işğal altında olması vəziyyəti ilə heç vaxt barışmırdı və nəyin bahasına olursa olsun öz doğma ata - baba yurdlarına qayıdacaqlarına inanırdılar.
    2020-ci il oktyabr ayının 17-də Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı ilə Füzuli işğaldan azad edildi və 17 oktyabr günü xalqımızın çoxəsrlik tarixinə xüsusi gün kimi yazıldı. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı aparılmış ən ağır döyüşlərdən biri olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Hətta, ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçdı.Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və artıq bütün dünya Azərbaycanın gücünü gördü və bunu etiraf etdi.
    Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda şəhər və kəndlərimizin bərpası işləri sürətlə davam etdirilir. Prezidentimiz bütün   bərpa - quruculuq işlərinə məhz, özü nəzarət edir. Tarixi Zəfərdən ötən iki il ərzində Füzuli rayonunun da inkişafı ilə bağlı bir çox mühüm işlər görülüb. Cəmi 8 ay ərzində doğma Qarabağımızın hava qapısı adlanan Füzuli Beynəlxalq Hava Limanı inşa edildi. Hələ dünya praktikasında belə qısa müddət ərzində,minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.Füzulidən Şuşaya elektirik xəttləri çəkildi. Horadiz - Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu. ”Ağıllı kənd” layihəsi çərçivəsində Füzulidə də yaşayış məntəqələri salınır.
   Xalqımız qəti əmindir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Füzuli rayonunda da bərpa - quruculuq işləri uğurla başa çatacaq və tezliklə insanlar öz doğma dədə - baba torpaqlarında firavan həyat sürəcəklər. 
Murğuz Alıyev
YAP Qazax rayon təşkilatı Alpout kənd 
ərazi partiya təşkilatının sədri


Tarix: 19-10-2022, 16:06 Oxunub: 141


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı