11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"XƏSTƏ YOX, SUSUZSUNUZ" - AYGÜN SADİQ

   İran əsilli həkim  F.B.Gelit həbs olunur və edam hökmü verilir.
Həbsdə məhkumlardan birinin mədəsi şiddətli xəstələnir və dərman olmadığı üçün ona iki stəkan su verirlər. 
Ağrı 8 dəqiqədən sonra keçir və məhkum hər iki saatdan bir su içir. Yeməkdən yarım saat öncə bir stəkan suya icazə verilibmiş və məhkum boş saatlarda istədiyi qədər su içə bilərmiş. 
Məhkumun mədəsi sağalır. 
Vaxt keçir. Həkim çoxlu sayda xəstə məhkumları su ilə sağaldır...
Vaxt yetişir, edam hökmü gəlib çatanda həkim yeni məqalə yazdığını deyir və hakimdən xahiş edir ki, məqaləni bitirincə ona zaman versin.
Hakim təsirlənir və qərarı dəyişib 3 illik həbs ilə əvəzləyir, sonra isə azad edilmək  qərarı verir. O isə bu qərarla etiraz edərək bir müddət həbsdə qalmaq istəyir...
Və məşhur kitabını orda yazmış olur.

Bədənimizin suya olan tələbatı böyükdür. Yaşlandıqca orqanizmə daha çox su lazım olur. Meyvə suyu, qazlı su kimi içkilər su demək deyildir.
Vücud susuz qalarkən özündəki su ehtiyatını ən önəmli orqana göndərir. Məqsəd beyinə yetərincə qan göndərməkdir. Orqanizmimizin 2% çəkisini təşkil edən beyin özündən 10 dəfə çox həcmdə qana tələbat duyur. O, ən yüksək enerjiyə ehtiyacı olan orqandır. Hidroelektrik enerji də bu tələbata daxildir. Suyun qəbulu azaldıqca beyinin enerjisi də azalır. Bu zaman orqanizmin su nəzarətçisi-  histamin  işə düşür. Ağciyər, böyrək, ürək, beyinin su təchizatını təmin edir, digər az əhəmiyyətli orqanları (dəri, sümük və s.) büzüşdürür. Məqsəd sağ qalmaqdır. Aşırı susuz qalmaq nəticəsində histaminin müdaxiləsi mədə turşuluğunu artırır, davam etdikcə nəfəs sıxıntısı yaranır, miqren başlayır. Əslində, burda orqanizmimiz, sadəcə, su istədiyini deyir. Biz isə  dərman içirik: allergiyamızda- antihistamin,  mədə turşuluğumuz varsa, dərman içirik, problemin həll olunduğu düşünürük. Halbuki susuzluq sıxıntısı tədricən digər həyati orqanlara keçəcək. 
Miqren, ürək, bel, revmatizm kimi xəstəliklər susuzluğun gətirdiyi xəstəliklərdir. Ağrı- orqanizmimizin harayıdır və onu dinləməliyik. 

Susuz qalan orqanizm azalmış suyu qorumağa çalışaraq kortizonu, adrenalini, endorfini (içimizdəki morfin) hərəkətə gətirir. Enerji depoları boşalır və qanın şəkəri yüksəlir. Şəkər xəstəliyi başlayır. 
Susuz qalan beyin hipofizi saxlayan damarları büzüşdürür və digər susuz qalan yerlərə su axtarır. Hüceyrələrarası susuzluq başlayır.

Alkoqol içənlərin üzünün qızarması da susuzluğun əlamətidir. Çünki fasiləsiz histamin müdaxiləsi var.
Böyrək damarları büzüşür və sidik ifrazı azalır. Qanın təzyiqi artır və damarlar hasarlanır. Bizsə su içmək əvəzinə, sidikqovucu vasitələrlə orqanizmimizin daha da susuzlaşmasını yaradırıq.

Su həzm sistemini də aktiv saxlayır. Suyun qəbul edilməsinin həcmi fəsil və fəaliyyət növünə görə dəyişir. Təbii ki, "2 litr" fikri isti havada tərləyərək işləyən adam üçün az rəqəmdir.
Sidiyin rəngi su rəngində olana qədər su qəbulu davam etməlidir. 

Suyu ayaq üstə yox, oturaraq içmək lazımdır. Ayaq üstə içilən su onikibarmaq bağırsağa getmiş olur. Oturaraq içərkən isə öncə mədəyə gedir, mədə turşusu ilə qarışır, içindəki mikroblar ölür, su orda sterilizə edilərək bağırsaqlara qəbul olunur . Yoluxucu xəstəliklərin qarşısı alınmış olur...
Suyun həmişə plastik qabda satılmasını bilirik. Bu, məqsədlidir:  müharibələrdə istifadə edilən, fosgen adlanan zəhərli maddə  ehtiva edir(həmçinin diqqətli olaq: plastmas şüşələrin altında onun keyfiyyətinə işarə edən PET-1, 3 yazısı da təhlükənin olmadığı anlamına gəlməz) .  Həmin maddə qabdan suya keçərək sinir, mədə, ağciyər və qaraciyərə ziyan vuraraq xərçəngə yol açır. Bu ziyan plastik qabın günəş altında saxlanılması zamanı daha artır. 
Suyun saxlanılması üçün ən uyğun vasitə şüşə və torpaq qabdır. Suyu plastik qabdan boşaldıb şüşə və torpaq qabda bir saat dincəltmək lazımdır. 
Su filtrləri də düşündüyümüz qədər  "mələk kimi saf" deyildir. Filtrlənmiş su bəzi xəstəliklərin(depressiya, alzaymer, sinir kimi) müalicəsində vacib sayılsa da, normalda suyun keyfiyyətini azaldır...


Aygün Sadiq


Tarix: 15-08-2024, 09:51 Oxunub: 322


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı