Bildiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində müvafiq qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verildi.
Bu addım bütün təhsil müəssisələrində böyük fərəh hissi ilə qarşılandı. Ən çox sevinən isə şagirdlər oldu. Əlbəttə, son dövrlərdə pandemiya şəraitində onlayn təhsil alan şagirdlər üçün yenidən məktəb yoldaşları ilə birlikdə olmaq, deyib-gülüb şənlənməyin gənclərdə necə bir əhval-ruhiyyə yaratdığını anlamaq çətin deyil.
Keçirilən son zəng tədbirlərindən öz mənafeləri üçün istifadə edib “rüşvət” müqabilində varlanmaq istəyən direktorlar da istisna deyil. Belə ki, KİV-nə daxil olan məlumatlarda bir sıra neqativ hallara rast gəlinir. Redaksiyamıza daxil olan bir məlumatda Gəncə şəhər 17 nömrəli məktəbdə son zəng tədbirində direktoru “təbrik” etmək üçün müəllimlərdən “şıdırğı” pul yığılması barədə iddia irəli sürülür. Mənbənin verdiyi məlumata əsasən adı çəkilən məktəbin Uşaq Birliyinin rəhbəri Gülarə müəllimə məktəbin direktoru Həsənova Nərgiz Mais qızına pul yığmaq üçün düşüb müəllimlərin canına ki, hərəniz 50 manatdan pul verməlisiz ki, direktoru təbrik edək. Daxil olan məlumata görə bütün belə “ürəkaçan” tədbirlərdə həmişə Gülarə xanım direktorun sağ əli olub. Mənbə bu barədə video-çəkilişin və səs yazılarının olduğunu da iddia edir.
Biz də ATİA.AZ saytı olaraq belə neqativ hallar barədə Təhsil Nazirliyinin və digər aidiyyatı qurumların qabaqlayıcı tədbirlər görəcəyinə ümid edirik. Millətin gələcəyi olan təhsilimizdə belə hallara yol verilməməlidir. Unutmayaq ki, bu günkü məzunlar sabahın əsgərləri, həkimləri, müəllimləri, mühəndisləridir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Bölməyə aid digər xəbərlər