12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Qazaxda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

     Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Yeni  Azərbaycan  Partiyası Qazax  rayon  təşkilatının Aparat  işçiləri  və  fəalları  Qazaxdakı   Şəhidlər  Xiyabanını ziyarət etdilər.  Abidənin önünə tər çiçək dəstələri qoyaraq, bəşəriyyətə qarşı dəhşətli bir cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsinə olan hörmət və ehtiramlarını bildirdilər. Onların ruhlarına dualar  oxundu.
     Tədbir YAP Qazax rayon Təşkilatının inzibati binasında davam etdirildi. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.  Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Xocalı faciəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirərək   bu    soyqırımın erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırdı. 
    A.Nəbiyev  Ulu Öndər Heydər Əliyevin tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasını daim diqqət mərkəzində saxladığını xüsusi vurğuladı.
      Tədbirdə İsgəndər Qurbanov, Gülnaz Alişanova, Xeyransa Qocayeva, Paşa Hadıyev, Polad Ağakişiyev, Səbinə Xasayeva, Kənan Hüseynli çıxış edərək mənfur ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara deyil, həm də bütün bəşəriyyətə qarşı törədilən qanlı cinayət olduğunu söylədilər.  Natiqlər qeyd etdilər ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qisasının artıqlaması ilə alındığını və onların qanının yerdə qalmadığını bir daha   sübut etdi. 


Tarix: 26-02-2024, 15:27 Oxunub: 240


Bölməyə aid digər xəbərlər