Çərşənbə axşamı, 8 aprel 2025, 02:15:08  
13:15 / 30-03-2025
Suriyada yeni hökumət quruldu
Sabah yağış yağacaq

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-18° isti olacaq.


Tarix: 12-09-2024, 13:55 Oxunub: 235


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq
2-08-2024, 12:12 Şənbə gününün havası
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
11-09-2024, 13:03 Rayonlara leysan yağacaq