13:34 / 12-11-2024
COP29 ilk uğura imza atdı
Azərbaycanda ikinci dalğa bu formada keçəcək - Virusoloq ŞƏRH ETDİ

Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikaları müxtəlif ölkələrdə koronavirusla bağlı yenidən həyəcan təbili çalmağa səbəb olub.
Hazırda dünya üzrə COVID-19-a yoluxanların sayı 30 milyona çatır. Yoluxanların sayına görə ABŞ və Braziliya hələ də liderliyini davam etdirir.
Hindistan isə bu ölkələrin ardınca qərarlaşır. Koronavirusa yoluxanların sayının kütləvi olması İsraildə karantin rejiminin yenidən tətbiq edilməsi ilə nəticələnib.
Avropada getdikcə COVID-19 virusunun daşıyıcıları artmaqdadır. Azərbaycanda ikinci dalğanın payız aylarında gələcəyi proqnozlaşdırılır. Bəs, ikinci dalğa ölkəmiz üçün necə keçəcək, bu infeksiya dalğasından az itkilərlə çıxa biləcəyikmi?
Bununla bağlı QanunXebere  Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, dosent Lalə Rüstəmova danışıb:
"İkinci dalğa ilə bağlı iyun ayından deyilir ki, bu payız aylarında olacaq. Əlbəttə, bunu qəti şəkildə demək olmaz, amma istisna da edilmir. Sadəcə burada məsələ payız aylarında digər kəskin respirator virus infeksiyalarının bura qoşulmasıdır. Adenaviruslar, entenevirus, paraqrip infeksiyasıların payız aylarında ikinci dalğaya qoşulması ilə epidemik vəziyyət bir az da kəskinləşə bilər.
Kəskin differensasiya olunma getməlidir, hər zökəm və respirator əlamətləri olan şəxsi koronavirus qrupuna aid etmək özü məsuliyyətdir. 6 ayın nəticələrini analiz edib düşünürəm ki, bizim respublikada qabaqlayıcı tədbirlərin aparılmasını nəzərə alsaq ikinci dalğa orta-yüngül formada keçə bilər. Əlbəttə ki, burada əsas məsələ respirator infeksiyalar aşkar edilən xəstələrin koronaviruslu xəstələrlə qarşılaşmaması məsələsidir. Epidemioloji nəzarətdə ona çalışmaq lazımdır ki, onlar tam ayrı klinikida, ayrı palatada müalicə olunsun. Belə bir hal olsa bu xəstəxana daxili infeksiyanı artıracaq, həm də COVİD-li xəstənin özünün başqa infeksiyaya yoluxmasına səbəb olacaq.
Bu da sözsüz vəziyyəti ağırlaşdıra bilər. Hesab edirəm ki, həm tibbi təchizatın, həm tibbi yardım şəbəkəsinin imkanları çox genişdir. Həmin xəstələrin yerləşdirilməsi üçün imkanlar, palatalar, ayrıca xəstəxanalar var.
Bu amilləri nəzərə alaraq düşünürəm ki, koronavirus infeksiyası bir qədər yüngül keçə bilər. İkinci dalğanın olması ehtimal olsa belə ən azı onun qarşısını alan əks- epidemik tədbirlərə hazırıq".


Tarix: 16-09-2020, 09:58 Oxunub: 220


Bölməyə aid digər xəbərlər