15:31 / 02-05-2024
Bu gün Yasamalda qaz olmayacaq
13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
BAŞIN SAĞ OLSUN, TÜRKİYƏM

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

Türkiyəyə ilk yardım əlini uzadan ölkə Azərbaycan olub. Zəlzələ xəbərindən dərhal sonra - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola salınıb. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti fəaliyyət göstərir. Faciədən zərər çəkmiş şəxslər üçün fevralın 8-də Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Türkiyə cümhuriyyətində baş vermiş məlum təbii fəlakətlə bağlı Qazax rayon Səməd Vurğun 19 A ünvanında Hüquq mudafiəçisi Əhməd Abdulkərimovun təşəbbüsü ilə bir qrup aktiv insan can qardaşlarımıza  dəstək olmaq məqsədi ilə qərargah yaradılıb.  Türkiyənin  hər zaman bizim yanımızda olmasinin əyani sübutu   ikinci Qarabağ müharibəsidir. Biz bir millət iki dövlətik. Hal hazırda Türkiyənin 10 şəhərində təbii fəlakətdən sonra sərt soyuq hava hökm sürür və insanlar soyuqda qalıb. Bu səbəbdən qan qardaşlarımıza kömək etmək məqsədi ilə  lazım olan əşyaların

 qərargahda toplanaraq Türkiyə konsulluğunun və adiyyatı qurumların köməyi ilə Türkiyəyə təbii fəlakət zonasına göndərmək planlaşdırıldı.


PAKI GRUP hüquq şirkətinin direktoru Əhməd Abdulkərimovla ATİA.AZ SAYTİININ əməkdaşının ekskluziv müsahibəsinii təqdim edirik:

Tarix: 12-02-2023, 20:27 Oxunub: 1 101


Bölməyə aid digər xəbərlər
7-02-2023, 12:02 KEÇMİŞ OLSUN TÜRKİYƏM