12:39 / 11-05-2024
İbrahim Tatlıses Bakıda
Xəstəlikdən əziyyət çəkən insanları sağlam həyata qaytarmaq həkim üçün böyük məsuliyyətdir

Xəstəlikdən əziyyət çəkən insanları sağlam həyata qaytarmaq həkim üçün böyük məsuliyyətdir. Təyin etdiyim dəqiq diaqnoz peşəmə sevgimi daha da artırır. Sanki, ruhən dincəlirəm”.
                                                                                                                Dr. Geyhun Cəlilov 

  Bu kəlmələr, peşəkar bir həkimin daxili aləmindən süzülüb gələn, süzüldükcə paklanan , şəffaflanan, ömür dünyasına işıq saçan, illərin  təcrübəsinə söykənən bir həkimin ürək sözləridir. Neçə-neçə ən ağır əməliyyatların ağırlığını çəkinmədən çiyninə götürən, tibb sahəsində dəyərli elmi tədqiqatları ilə öz sözünü deyən, yüzlərlə insanların həyat eşqini özünə qaytaran, onlara sağlam həyat bəxş edən, bilikli və bacarıqlı həkim kimi xəstələrinin sevimlisinə çevrilən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-uroloq - androloqu Dr. Geyhun Cəlilov Azərbaycan səhiyyəsini şərəflə qoruyur.
   Geyhun həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr. Cəlilova  üz tutan hər bir pasiyent onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. 
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Ceyhun Cəlilova   mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Ceyhun Cəlilova  həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayarıq.
  
 Hörmətlə Fərzəli Məmmədov


Səhhətimdə yaranan problemlə bağlı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əməliyyat olunmağa müraciət etdim. Həkimim də Uroloq-androloq Geyhun Cəlilov oldu. O, məni hərtərəfli müalicə və əməliyyat etdi.Əməliyyatın 5-ci günü hərəkət etməyə başladım. 20 gündən  sonra isə həkim mənə, valideynlərimə doğmalarıma yeriməyin sevincini bəxş etdi.
Hörmətli redaksiya! 
Mən çox sevinirəm ki, respublikamızda Geyhun Cəlilov kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Geyhun həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam.


Tarix: 24-09-2020, 00:10 Oxunub: 361


Bölməyə aid digər xəbərlər