Erməni ictimaiyyətində Xankəndindəki separatçı-terrorçu erməni rejiminin bu günlərdə xunta başçısı Araik Arutyunyan tərəfindən vəzifəsindən azad edilmiş sabiq “təhlükəsizlik xidməti” rəisi general-mayor Kamo Ağacanyanın guya Azərbaycana işləməsi haqda rəylər yayılıb.
Bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Erməni istifadəçilərdən biri yazır:
“Yeni xainlər haqqında yeni məlumatlar. Artsax MTX-nin rəhbəri Kamo Ağacanyan ilə tanış olun. Mənə verilən məlumata görə, bütün məlumatları azərbaycanlılara sızdıranlardan biri də məhz o olub. Kamonun atası milliyyətcə azərbaycanlı, anası ermənidir. Birinci müharibədən sonra Kamo və anası Artsaxda qaldı, qardaşı və atası isə Azərbaycana getdi. Kamonun düşmən tərəfin yüksək rütbəli məmurları ilə möhkəm əlaqələri var idi. Bu müharibə zamanı isə 7/24 nisbətdə düşmənin xeyrinə çalışdı. Bu yaxınlarda Araik Arutyunyan onu vəzifəsindən azad etdi. Vəssəlam. Onun haqqnda başqa bir tədbir görülmədi, bu bir daha səlahiyyətlilərin eyni zamanda onunla işlədiyini təsdiqləyir. Yeri gəlmişkən, azərbaycanlılar uzun müddətdir ki, bloqlarında onun haqqında yazırlar və onu öz adamları hesab edirlər. Təsadüfən bu mənbəyə rast gəldim və heyran qaldım...”
Bölməyə aid digər xəbərlər