15:31 / 02-05-2024
Bu gün Yasamalda qaz olmayacaq
13:17 / 01-05-2024
“Bazarstore” təltif edildi
Dr. Nərgiz İmanovanın Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrah-proktoloqu Nərgiz İmanova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir. lk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Nərgiz həkimə ünvanlanan təşəkkür məktublarının bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
Artıq neçə müddətdir ki, oğlumun sağlamlığına qovuşması üçün getmədiyim ünvan, döymədiyim xəstəxana qapısı qalmamışdı. Bütün həkimlərin diaqnozu eyni idi, amma xəstəliyin geriləməsi, oğlumun  ailəsinin dağılmasına gətirib çıxarırdı.
Elə bu fikirlərlə artıq oğlumu  qonşu ölkələrdən birinə aparmağa hazırlaşırdım. Lakin son ünvanımızda  Elmi Cərrahiyyə Mərkəzinin cərrah-proktoloqu Nərgiz həkimlə  qarşılaşdıq. Öz işinin mütəxəssisi olan, işini çox sevən bu həkim sanki bizim ağ xalatlı xilaskarımız oldu. Nərgiz həkimin biliyi və təcrübəsi sayəsində oğlum öz sağlamlığına qovuşdu.
                                                                                                                   Hörmətlə : Elxan Rüstəmov
Mən nənəsi və bütün Elzanın  yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Nərgiz  həkim bizim balamıza elə məhz bizə də, yeni bir həyat bəxş etdi. Belə bir həkimin Azərbaycanda olması ilə şəxsən mən və yaxınlarımız fəxr edirik. Qürurla deyə bilərik ki, Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir xəstəxana mövcuddur.
Bizdə redaksiya heyətimiz adından çox dəyərli həkim, sözün həqiqi mənasında peşəkar, dəyərli dostumuz Dr. Nərgiz İmanovaya Ağdamdan  olan gənc Elçini təmənnasız olaraq yüksək səviyyədə əməliyyat etdiyi, onu hər an baş verə biləcək ölümün əlindən aldığı üçün çox təşəkkür edirik.
Göründüyü kimi Azərbaycan səhiyyəsində Nərgiz İmanova kimi bacarıqlı, peşə borcunu vicdanla, təmənnasız yerinə yetirən həkimlərimiz var. Ancaq arzu edirik ki, belə həkimlərimizin sayı çox olsun. Nərgiz  həkimə də can sağlığı və daha böyük uğurlar arzulayaraq deyirik: 
“Əlləriniz var olsun, həkim!” 


Tarix: 23-09-2020, 19:05 Oxunub: 569


Bölməyə aid digər xəbərlər