Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev Tovuz hadisələrinə həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır.
O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.
Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:
“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”.
Bölməyə aid digər xəbərlər

« Июнь 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |